Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Talış kəndi və Suqovuşan istiqamətində gedən döyüşlərin şəhidi

0



  • Vətən Müharibəsi başlandığı ilk gündən Azərbaycan
    Ordusu düşmənə ağır zərbələr vurdu. Düşmənin 30 ildə qurduğu istehkamları
    yardıqca Xilaskar Ordumuz irəli gedərək torpaqlarımızı işğaldan azad etdi. Mərd
    oğullar öz canlarını sinəsi mərmidən göynəyən Vətən torpaqlarına sipər etdilər.
    Zəfər yolunun başlanğıcında şəhidlik zirvəsinə ucalan igidlərimizdən biri də Sənan
    Miriyevdir.

    Miriyev Sənan Arif oğlu 1998-ci il mart ayının 1-də
    Beyləqan rayonunun Allahyarlı kəndində anadan olub. Xocalı şəhər sakinidir.
    Xocalı şəhər 4 saylı orta məktəbin məzunu olub. Sənan 2016-cı ilin aprel ayında
    hərbi xidmətə çağırılmışdır. Dövlət Sərhəd Xidmətində çavuş kimi hərbi xidməti
    başa vurduqdan sonra ehtiyyata buraxılmışdır. Lakin onun hərb peşəsinə olan məhəbbəti
    yenidən hərbi forma geyməsinə səbəb oldu. Atasının digər sahədə çalışma istəyinin
    əksinə çıxaraq hərbçi olmağı üstün tutdu. 2020-ci il sentyabrın əvvəlində
    könüllü olaraq ordu sıralarına ərizə verdikdən sonra Azərbaycan Ordusunun əks-kəşfiyyat
    bölüyünə yazılaraq müddətdən artıq həqiqi hərbi xidmətə başlamışdır. Onun  arzusu əmisi oğlu Miriyev Surət kimi Xüsusi Təyinatlı
    Qüvvələdə xidmət etmək idi. Sənanın kəşfiyyaçı olmaq arzusu gerçək oldu. Lakin onun
    ən böyük arzusu hələ həyata keçməmişdi. Uşaq yaşlarından Qarabağın bütünlüklə
    işğaldan azad olunmasını, erməni quldurlarının məhv edilməsini görmək istəyirdi.
    Onun arzusu qisas hissi ilə daha da qüvvətlənirdi.

    Vətən Müharibəsi Sənan kimi minlərlə igid
    oğullarımızın öz hünərini, Vətənə sevgisini və düşmənə nifrətini göstərmək üçün
    bir imkan oldu. Bir-birinin hünərindən ilham alan igid əsgərlərimiz düşmənin
    üstünə qorxmadan irəlilədilər. Qorxmaz oğullarımızın sayəsində tarixi
    torpaq-larımızı bərpa etdik. Sənan da Vətən müharibəsində cəsur döyüşçü kimi
    iştirak edərək qəhrəmancasına şəhid oldu. 27 sentyabr tarixdə Talış və Suqovuşan
    istiqamətində gedən döyüşlərdə şəhadət şərbətini içərək əbədiyyətə qovuşdu. Sənanın
    cismi canını qurban verdiyi müqəddəs torpağımıza qarışdı. Şəhidlərimiz Vətən
    torpağına qarışmaqla müqəddəs torpağın parçasına çevrildilər. İndi Sənanın və
    bütün şəhidlərimizin uyuduğu torpaq xalqımızın ən əziz ziyarət yeridir.

    Subay idi.

    Ağcabədi rayonu Şəhidlər Xiyabanında dəfn edilib.

    Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi
    qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında Azərbaycan
    Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, əsgər
    Miriyev Sənan Arif oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin
    edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə
    qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə
    yetirdiyinə görə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif
    edilmişdir.

    Ruhu şad olsun!Qalib BƏYMƏMMƏDOĞLU,Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaÜmumi
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib50 dəfə
    Talış kəndi Suqovuşan istiqamətində gedən döyüşlərin şəhidi

    Maraqlı gələ bilər